May 10, 2022 11:23 Asia/Baku
  • Depressiya
    Depressiya

Tədqiqatçılar son araşdırmalarında depressiya və stressi azaltmaq üçün yeni və sadə bir yol tapıblar ki, bu da psixi sağlamlığı yaxşılaşdırmağa və xoşbəxt həyat yaşamağa kömək edir.

SəhərAzəri-nin məlumatına əsasən, "Dailymail"in məlumatına görə, yeni bir araşdırma, cəmi bir həftə sosial mediaya ara vermənin depressiya və narahatlığı azalda biləcəyini ortaya qoyub.

Stanford və Nyu-York universitetlərindən olan tədqiqatçılar daha əvvəl müəyyən ediblər ki, Facebook hesabını silmək və ya hətta bir ay sosial şəbəkədən uzaq durmaq istifadəçilərin psixi sağlamlığını, rifahını yaxşılaşdıra və narahatlığı azalda bilər.

Tədqiqatçılar 18-72 yaş arasında olan 154 nəfərdən ibarət nümunəni iki qrupa bölüblər - onlardan biri bir həftə müddətinə sosial mediadan qadağan edilib. İştirakçılardan stress və depressiya səviyyələri və rifah hissi haqqında sorğu aparılıb. Sonda bəlli olub ki, Sosial mediaya bir həftəlik fasilə verənlər özlərini daha xoşbəxt hiss edirlər.  

Bath Universitetindən olan tədqiqatçılar qrupuna rəhbərlik edən Dr Jeff Lambert deyib: "Sosial şəbəkələr həyatın bir hissəsidir və bir çox insanlar üçün kim olduqlarının və başqaları ilə necə qarşılıqlı əlaqədə olduqlarının əvəzedilməz hissəsidir".

Tədqiqatın nəticələrinə görə, yeddi gün ərzində TikTok, Instagram, Twitter və Facebook kimi platformalara fasilə verən insanlar sağlamlıq hissinin artdığını bildiriblər.

Tədqiqatın nəticələri həm ABŞ, həm də Böyük Britaniyada müntəzəm sosial media istifadəsini daha yüksək depressiya və narahatlıq nisbətləri ilə əlaqələndirən əvvəlki tədqiqatları dəstəkləyir.

Teqlər