May 19, 2022 14:01 Asia/Baku

Avropa Liqasının finalında Frankfurtun “Ayntraxt” futbol klubu gözəl bir oyunda on bir metrlik penalti zərbələri seriyasında Şotlandiyanın “Reyncers” klubunu məğlub edib və UEFA Avropa Liqasının qalibi olub.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa Liqasının final oyununda Şotlandiyanın Qlazqo şəhərini təmsil edən “Reyncers” və Almaniyanın Frankfurt şəhərinin nümayəndəsi “Ayntraxt” klubları İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda üz-üzə gəliblər.

120 dəqiqədə əldə olunan heç-heçədən sonra Frankfurtun “Ayntraxt” klubu penalti zərbələrində üstünlüyə nail olmağa müvəffəq olub.

Qarşılaşma öz gərginliyilə yadda qalıb. Belə ki, oyun Sevilya şəhərində bir çox hadisələrlə başlanıb. Şəhərdə iki komandanın azarkeşləri arasında toqquşma baş verib. İnsanlar şəhərin ortasında bir-birilərilə toqquşublar və oyun başlanmazdan öncə çirkin səhnələr sərgilənib.

Görüş 120 dəqiqədə 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu 58-ci dəqiqədə Qlazqo təmsilçisi Co Aribo vurub. Lakin "Reyncers"in üstünlüyü çox çəkməyib. 69-cu dəqiqədə Rafael Borre tarazlığı bərpa edib.

Teqlər