Avropa millətlər liqasının yarışları
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i390082-avropa_millətlər_liqasının_yarışları
Avropa millətlər liqası yarışlarının dördüncü həftəsində İsveçrə və İspaniya komandaları rəqiblərini məğlub etməyə müvəffəq olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2022 09:34 Asia/Baku
  • Avropa millətlər liqası
    Avropa millətlər liqası

Avropa millətlər liqası yarışlarının dördüncü həftəsində İsveçrə və İspaniya komandaları rəqiblərini məğlub etməyə müvəffəq olublar.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa millətlər liqası yarışlarının dördüncü həftəsində və A səviyyəsində iki görüş keçirilib. İspaniya Çexiya ilə, İsveçrə isə Portuqaliya ilə qarşılaşıblar.

İspaniya-Çexiya görüşü iki-sıfır hesabı ilə İspaniyanın xeyrinə qurtarıb.

Beləliklə, İspaniya səkkiz xalla ikinci qrupun sıralama cədvəlində önə keçib. Çexiya isə dörd xalla üçüncü pillədə qalıbdır.

Bu görüşlə eyni vaxtda keçirilən İsveçrə-Portuqaliya görüşündə isə oyun bir-sıfır hesabı ilə İsveçrənin xeyrinə başa çatıb.

Beləliklə, özünün ilk qələbəsini qazanan İsveçrə komandası üç xalla yarış cədvəlinin sonunda qalmaqda davam edir. Ronaldonun yoldaşları isə bu məğlubiyyətlə yeddi xalla birinci pillədən ikinci pilləyə eniblər. İspaniya səkkiz xalla birincidir.