İyun 15, 2022 14:49 Asia/Baku
  • futbol
    futbol

İngiltərə milli futbol komandası öz evində sıfır-dörd hesabı ilə ağır məğlubiyyətə uğrayıb. Bu, doxsan dörd ildən sonra İngiltərə yığması üçün ağır bir məğlubiyyət sayılır.

SəhərAzəri-nin məlumatına əsasən,Avropa Millətlər Liqasının qrup yarışlarının dördüncü həftəsində İngiltərə milli futbol komandası öz evində Macarıstan yığmasını qəbul edib. Bu görüşdə Macarıstan, dörd qolla, ev yiyəsini məğlub etməyi və bu iddiaçı komandanın karyerasında daha bir tarixi məğlubiyyəti qeydə aldırmağı bacarıb.

Macarıstan komandası üçün qolları Szalai on altı və yetmişinci dəqiqələrdə, Qalai səksəninci dəqiqədə və Qadzaq səksən doqquzuncu dəqiqədə vurublar.

Macarıstana məğlubiyyət İngiltərə milli futbol komandasını Avropa Millətlər Liqasının yarış cədvəlinin sonunda saxlamaqdan əlavə, həm də ötən bir əsrdə bu ölkə futbolunun iri hesablı məğlubiyyətlərindən birinin qeydə alınmasına səbəb olub.

İngiltərə doxsan dörd ildən sonra öz evində sıfır-dörd hesabı ilə qonağına məğlub olub.

 

Teqlər