Oktyabr ayının tam ayını qaçırmayın!
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i393926-oktyabr_ayının_tam_ayını_qaçırmayın!
Ovçu və ya qanlı ay kimi tanınan payızın ilk tam ayı bu gecə səmada görünəcək. Bu fenomen payız fəslinin ilk bütöv ayıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2022 14:43 Asia/Baku
  • Oktyabr ayının tam ayını qaçırmayın!

Ovçu və ya qanlı ay kimi tanınan payızın ilk tam ayı bu gecə səmada görünəcək. Bu fenomen payız fəslinin ilk bütöv ayıdır.

SəhərAzəri-nin məlumatına əsasən,  Bütöv ay oktyabrın doqquzunda səmanı gözəlləşdirəcək.

Bu səmavi hadisə bazar günü şərq vaxtı ilə axşam saat dörd-əlli beş dəqiqədə səmada Günəşin qarşısında görünəcək. İranlılar bu fenomeni bazar ertəsi günü səhər müşahidə edə biləcəklər.

NASA-nın bildirdiyinə görə, ABŞ-ın şimal-şərqində yerləşən yerli amerikan qəbilələri olan Alqonquin qəbilələri bu tam ayı səyahət ayı, ovçu ay və ya qanlı ay adlandırıblar.

Doqquz oktyabr bütöv ayı sentyarbın iyirmisində payız bərabərliyinin başlandığı zamandan bəri ilk ay olacaq. Sentyabrın onunda görünmüş öncəki tam ay, məhsul ayı adlanırdı. Noyabrın səkkizində görünəcək növbəti bütöv ay isə «qunduz ayı» adı ilə tanınır.