Noy 08, 2022 21:43 Asia/Baku
  • İran millisi oturan voleybol üzrə DÇ-də Amerikanı məğlub edib

İranın kişilərdən ibarət oturaq voleybol komandası şənbə günü Bosniya 2022 Oturaq Voleybol üzrə Dünya Çempionatında Amerika yığmasını 3-0 hesabı ilə məğlub edib və yarımfinala yüksəlib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın kişilərdən ibarət oturan voleybol milli komandası baş məşqçi Hadi Rezai ilə beynəlxalq arenada ikinci yarışında Amerikaya qarşı yaxşı oyun nümayiş etdirib.

İran millisi ABŞ-a qarşı birinci seti 25-18, ikincini 25-15, üçüncü seti isə 25-17 hesabı ilə qazanıb.

İranın oturan voleybol komandası yarımfinal oyununda qalib gəlsə, Paris Paralimpiya Oyunlarına vəsiqə qazanacaq.

İran qrup mərhələsində B qrupunda İraq, Qazaxıstan və Xorvatiya komandalarına qarşı həlledici qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib və komanda Yaponiyanı 3-0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda noyabrın 4-də başlayan yarışlar noyabrın 11-də başa çatacaq.

Teqlər