İran Argentinanı Dünya Kubokunu qazanması münasibətilə təbrik edib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i395941-İran_argentinanı_dünya_kubokunu_qazanması_münasibətilə_təbrik_edib
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Argentinanı 2022 Dünya Çempionatı turnirində qazandığı qələbə münasibətilə təbrik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2022 16:46 Asia/Baku
  • İran Argentinanı Dünya Kubokunu qazanması münasibətilə təbrik edib

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Argentinanı 2022 Dünya Çempionatı turnirində qazandığı qələbə münasibətilə təbrik edib.

SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani şəxsi Twitter hesabında Argentinanın dünya çempionatının qalibi olması münasibətilə təbrik mesajı yazıb.

Kənaninin təbrik mesajında bu ifadələr yer alıb: "Argentina Milli Futbol Komandasının 2022 Dünya Kuboku çempionluğunu qazanması münasibətilə bütün argentinalıları, komanda üzvlərini və texniki heyəti təbrik edirəm. Bu, cəlbedici və möhtəşəm, lakin əlbəttə ki, çətin matç idi. Bununla belə, Lionel Messi və dostları parıldadı".