İran çimərlik futbolu üzrə Asiya Millətlər Kubokunun finalına vəsiqə qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i398519-İran_çimərlik_futbolu_üzrə_asiya_millətlər_kubokunun_finalına_vəsiqə_qazanıb
İranın çimərlik futbolu üzrə milli komandası Omanı məğlub edərək, Asiya Millətlər Kubokunun finalına vəsiqə qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 26, 2023 14:16 Asia/Baku
  • İran çimərlik futbolu üzrə Asiya Millətlər Kubokunun finalına vəsiqə qazanıb

İranın çimərlik futbolu üzrə milli komandası Omanı məğlub edərək, Asiya Millətlər Kubokunun finalına vəsiqə qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Tailandda davam edən turnirdə yarımfinal mərhələsi çərçivəsində şənbə günü axşam baş tutan bu görüşdə İran Omanı 6-3 hesabı ilə məğlub edib.

İranın çimərlik futbolu üzrə milli komandası gözəl çıxışı ilə Asiya Millətlər Kubokunun qrup mərhələsindəki hər üç rəqibinə qalib gələ bilib.

İran üç oyunda 32 qol vurub.

Bu görüşdən əvvəl Yaponiya yığması Birləşmiş Ərəb Əmirliklərini məğlub edərək, finala yüksəlib.

Final və sıralama görüşü bu gün keçiriləcək.

İran indiyədək iki dəfə çempion olub.