«Real Madrid» İspaniya Kral Kubokuna sahib çıxdı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i399724-real_madrid_İspaniya_kral_kubokuna_sahib_çıxdı
«Osasuna» klubuna üstün gələn «Real Madrid» futbol klubu İspaniya Kral Kuboku yarışlarının qalibi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 07, 2023 17:31 Asia/Baku
  • «Real Madrid» İspaniya Kral Kubokuna sahib çıxdı

«Osasuna» klubuna üstün gələn «Real Madrid» futbol klubu İspaniya Kral Kuboku yarışlarının qalibi olub.

SəhərAzəri-nin məlumatına görə, «Kopa Del Rey» yarışlarının final görüşündə «Real Madrid» və «Osasuna» klubları İspaniya milli stadionu- Sevilya Olimpiya Stadionunda qarşılaşıblar. Sonda Karlo Ançelottinin yetirmələri rəqibi iki-bir hesabı ilə məğlub etməklə yarışların fatehi olmağı bacarıblar.

«Real Madrid» öz tarixində otuz doqquz dəfə İspaniya Kral Kuboku yarışlarının finalında iştirak edib; on doqquz dəfə finalın qalibi olub, iyirmi dəfə isə finalı uduzubdur. Başqa sözlə, Real-ın «Kopa Del Rey» yarışlarının final oyunlarındakı məğlubiyyətləri qələbələrindən çox olubdur.

Onu da qeyd edək ki, Real-ın sonuncu final qarşılaşması doqquz il bundan öncə baş tutmuşdu.