İranın üç sərbəst güləşçisi finala yüksəlib
Sen 17, 2023 15:24 Asia/Baku
İran millisinin üç sərbəst güləşçisi bu idman növü üzrə dünya çempionatının finalına yüksəlib.
Paris olimpiya oyunlarının ilk seçmə mərhələsi sayılan sərbəst güləş üzrə 2023-cü il dünya çempionatı sentyabrın on altısından on doqquzunadək Serbiyanın paytaxtı Belqradda keçirilir.
Yarışlar bu gün Belqrad şəhərinin «Ştark Arena» idman kompleksində altmış bir, yetmiş, səksən altı və yüz iyirmi beş kiloqram çəki dərəcələrində başlanıb.
Yarışların ilk günündə Əmir-Məhəmməd Yəzdani yetmiş, Həsən Yəzdani səksən altı və Əmir-Hüseyn Zare yüz iyirmi beş kiloqram çəki dərəcələrində yarımfinal görüşlərini keçiriblər. Onlar rəqiblərini məğlub etməklə finala vəsiqə qazanıblar.