İranın sərbəst güləş üzrə dünya çempionatındakı ikinciliyi qətiləşdi
Sen 19, 2023 19:12 Asia/Baku
İranın sərbəst güləş üzrə milli komandası sərbəst güləş üzrə dünya çempionatında ikinci olub.
Komandamız Serbiyanın Belqrad şəhərində keçirilən yarışların bitməsindən öncəyədək ağır çəki dərəcəsində Əmir-Hüseyn Zarenin bir qızıl, səksən altı və yetmiş kiloqram çəki dərəcələrində Həsən Yəzdani və Əmir-Məhəmməd Yəzdaninin iki gümüş və yetmiş doqquz kiloqramda Məhəmməd Noxudinin bürünc medalları, eləcə də bu gün axşam keçiriləcək Rəhman Əmuzadın sıralama görüşünün nəticəsi hesablanmadan/ sərbəst güləş üzrə dünya çempionatında Amerika yığmasından sonra ikinci olub.
Sentyabrın on altısında başlanan sözügedən yarışlar bu gün sıralama, həmçinin altmış beş və doxsan yeddi kiloqram çəki dərəcələrində final görüşlərinin keçirilməsilə sona yetəcək.