İranlı ixtiraçılar İsveçrə yarışlarında qızıl medal qazanıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i403782-İranlı_ixtiraçılar_İsveçrə_yarışlarında_qızıl_medal_qazanıblar
İsveçrədə keçirilən İxtiralar və İnnovasiyalar Müsabiqəsində iki iranlı qızıl medal qazanıblar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 21, 2023 11:36 Asia/Baku
  • İranlı ixtiraçılar İsveçrə yarışlarında qızıl medal qazanıblar

İsveçrədə keçirilən İxtiralar və İnnovasiyalar Müsabiqəsində iki iranlı qızıl medal qazanıblar.

İranlı ixtiraçılar Sina Təqizadə və Şadi Əzimi Gohər İsveçrənin Cenevrə şəhərində Beynəlxalq İxtiraçılar Federasiyasının üzvləri üçün keçirilən 2023-cü il İxtiralar və İnnovasiyalar Müsabiqəsinin üçüncü dövründə "Üzün tanınması və dəri rənginə əsaslanan qızdırma aşkar edən cihaz" dizayn etməklə qızıl medal qazanıblar. 

Bu iki iranlı ixtiraçı elə bir cihaz icad ediblər ki, üzün və dərinin müayinəsi və tanınması, bir neçə qısa sualın verilməsi və bir sıra digər əlamətlərlə birlikdə yüksək dəqiqliklə insanların temperamentini təyin edir və ona əsasən, həyat şəraitini yaxşılaşdırmaq üçün qida rəhrizi təqdim edir ki, bu da insanlarda xəstəliklərin sayının azalmasına səbəb olur.

Bu yarışda dünyanın müxtəlif ölkələrindən, o cümlədən İran, Kanada, İngiltərə, Avstraliya, Rusiya, Çin, Honq-Konq, Birləşmiş Ərəb Əmirlikləri və Amerikadan ixtiraçılar iştirak ediblər.