Sen 23, 2023 17:04 Asia/Baku
  • Ə. Mirzəzadə yunan-roma güləşində dünya çempionu oldu

İran sərbəst güləşdə superağır çəki dərəcəsində dünya çempionatının qızıl medalını əldə etdikdən sonra yunan-roma güləşində də bu çəki dərəcəsində birinci olmağı bacarıb.

İran sərbəst güləşdə superağır çəki dərəcəsində dünya çempionatının qızıl medalını əldə etdikdən sonra yunan-roma güləşində də bu çəki dərəcəsində birinci olmağı bacarıb.

Serbiyanın ev sahibliyi ilə keçirilən olimpiya seçimi üzrə dünya çempionatı yarışlarının davamında İran nümayəndəsi Əmin Mirzəzadə yüz otuz kiloqram çəki dərəcəsində ilk pillədə durub. Son anlaradək məğlub qismində olan Mirzəzadə rəqibini döşəkdən kənara atmaqla hesabı iki-iki edib və son xalı qazandığına görə, dünya çempionu olub.

Türkiyədən olan otuz üç yaşlı Rıza Kayaalp ötən il elə həmin idman kompleksində Mirzəzadəni bir-bir hesabı ilə udmuş və çempion olmuşdu. Bu dəfə də Kayaalp iki-sıfır hesabı ilə irəliyə keçdi, amma iranlı rəqibinin cavanlıq qüvvəsinin əsiri oldu.

Kayaalpın on üç müxtəlif rəngli dünya və  olimpiya medalı var. Beş dəfə dünya çempionu olmuş Kayaalp altıncı qızıl medalı yekun altı saniyədə Mirzəzadəyə uduzdu ki, qalib şəxs İranın baş məşqçisi Həsən Rəngrəzlə yanaşı, sevinclərindən ağlamış olsun.