Sen 19, 2025 21:23 Asia/Baku
  • İran yunan-Roma güləşi üzrə 2025-ci il dünya çempionatının ikinci gecəsində yarış cədvəlinə başçılıq edir

Xorvatiyanın paytaxtı- Zaqreb şəhərində keçirilən yunan-Roma güləşi üzrə 2025-ci il dünya çempionatının ilk dörd çəki dərəcəsinin yarışlarının sonunda İran milli komandası heyranedici bir göstəricidə iki qızıl və bir gümüş medal əldə etməyə müvəffəq olub. Komandamız səksən xalla, yarış cədvəlinə başçılıq edir.

Səksən iki kiloqram çəki dərəcəsinin finalında yarışların on səkkiz yaşlı fenomeni, İran güləşçisi- Qulamrza Fərruxi Gürcüstandan olan rəqibi Gela Bolkvadzeni dörd-sıfır hesabı ilə məğlub edib. Fərruxi dünya çempionatı yarışlarındakı ilk iştirakında qızıl medala sahib çıxıb.

Yüz otuz kiloqram çəki dərəcəsinin finalında da İranın ağırçəkili çempionu- Əmin Mirzəzadə Macarıstan güləşçisi Darius Vitekə yeddi-iki hesabı ilə qalib gəlib və İrana ikinci qızıl medalı töhfə verib.

İranın digər on səkkiz yaşlı fenomeni- Pəyam Əhmədi sıx və cəlbedici final mübarizəsində gürcüstanlı Vaxtanq Loluaya yeddi-doqquz hesabı ilə məğlub olub və çox dəyərli gümüş medala nail olub.

İran karvanı hələ də öz medallarını artırmaq imkanına malikdir.

Belə ki, Məhəmməd Hadi Sarəvi doxsan yeddi kiloqram çəki dərəcəsinin finalında qızıl medal uğrunda mübarizə aparacaq. Danyal Söhrabi də bəxt qrupunda bürünc medala çatmaq üçün yenidən yetmiş iki kiloqram çəki dərəcəsində səy göstərəcək.