«Traktor» Özbəkistanda Luşkyanın möhtəşəm qolu ilə qələbə qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i422355-traktor_Özbəkistanda_luşkyanın_möhtəşəm_qolu_ilə_qələbə_qazanıb
Təbrizin «Traktor» futbol klubu öz xarici oyunçusunun vurduğu yeganə qol ilə, Asiya Futbol Konfederasiyasının Çempionlar Liqasının beşinci həftəsindəki görüşün qalibi olmağı bacarıb.
(last modified 2025-11-25T10:08:20+00:00 )
Noy 25, 2025 14:05 Asia/Baku
  • «Traktor» Özbəkistanda Luşkyanın möhtəşəm qolu ilə qələbə qazanıb

Təbrizin «Traktor» futbol klubu öz xarici oyunçusunun vurduğu yeganə qol ilə, Asiya Futbol Konfederasiyasının Çempionlar Liqasının beşinci həftəsindəki görüşün qalibi olmağı bacarıb.

Özbəkistanın Qarşi şəhərinin «Nəsəf» və İranın Təbriz şəhərinin «Traktor» futbol klublarının görüşü  dünən Özbəkistanda keçirilib və «Traktor»un bir-sıfır hesablı qələbəsilə başa çatıb.

Oyun «Traktor»un üstünlüyü ilə keçib və Regi Luşkya on yeddinci dəqiqədə uzaq məsafədən oyunun yeganə qolunu reallaşdırıb.

Bu qoldan sonra özbəklər hücum etməyə daha çox səy göstərsələr də, «Traktor»un müdafiəsi və komandanın qapıçısı Beyranvəndin yaxşı oyunu onların qol vurmaq arzularını çin olmağa qoymadı.