Perspolis-İstiqlal: 0-0
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i422470-perspolis_İstiqlal_0_0
Tehranın İstiqlal və Perspolis futbol klubları İran premyer-liqasının on ikinci həftəsinin görüşləri çərçivəsində Ərak şəhərinin İmam Xomeyni(r.ə.) adına stadionda qarşılaşıblar.
(last modified 2025-12-06T06:15:11+00:00 )
Dek 05, 2025 10:12 Asia/Baku
  • Perspolis-İstiqlal: 0-0

Tehranın İstiqlal və Perspolis futbol klubları İran premyer-liqasının on ikinci həftəsinin görüşləri çərçivəsində Ərak şəhərinin İmam Xomeyni(r.ə.) adına stadionda qarşılaşıblar.

Yüz altıncı paytaxt derbisi bu gün Bakı vaxtı ilə, saat on altı-sıfır-sıfırda reallaşıb.

İstiqlal və Perspolis bu günədək yüz beş dəfə qarşılaşmışdılar. Həmin yüz beş derbidə Perspolis iyirmi doqquz, İstiqlal isə iyirmi altı dəfə qalib gəlib. Əlli matç isə heç-heçə başa çatıb. Bugünkü görüşdə qapılara qol vurulmayıb və beləliklə, heç-heçə ilə bitən derbilərin sayı, əlli birə çatıb.

 İstiqlal hal-hazırda on bir oyundan iyirmi xalla yarış cədvəlinə başçılıq edir.

 On iki oyundan on doqquz xal yığan Perspolis klubu isə, ikinci yerdədir.

Xatırladaq ki, İran premyer-liqası on altı komanda arasında keçirilir