Dek 09, 2025 16:25 Asia/Baku
  • İsrail nümayəndəsi ilə döyüşmədiyim üçün çox sevinirəm

İranın yeniyetmə taekvondoçusu Rojan Qudərzi sionist rejimin nümayəndəsi ilə qarşılaşmadığı üçün sevindiyini və qürurlu olduğunu bildirib.

İranlı yeniyetmə taekvondoçu Rojan Qudərzi 21 yaşadək idmançılar arasında keçirilən dünya çempionatında sionist rejimin nümayəndəsi ilə qarşılaşmaqdan imtina edib və yarışdan kənarlaşdırılıb.

İranın Əlborz vilayətindən olan bu idmançı ötən ay Səudiyyə Ərəbistanında keçirilən İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanmışdı.

Qudərzi qərar verməli olduğu anlardan danışaraq, deyib: "Əvvəlcə çox kədərləndim ki, döyüşə bilməyəcəyəm. Axı bu yarışlara qatılmaq üçün çox çalışmışdım, çoxlu çəki itirmişdim. Amma sonra düşündüm ki, onlar bizimlə və Fələstin xalqı ilə bu qədər düşmənçilik edirlər, bizi və başqalarını bu qədər incitdilər; daha yaxşı olar ki, döyüşməyim və imtina edim. Mən istəyirdim ki, İslam oyunlarında əldə etdiyim bürünc medalı Kenyada qızıl medala dəyişim, amma onların bu qədər zülm və haqsızlıqlarına görə qərara gəldim ki, döyüşməyim. İndi isə döyüşmədiyim və ölkəm üçün bir qürur mənbəyi olduğum üçün çox sevinirəm".