Dek 13, 2025 14:17 Asia/Baku
  • İranın məktəbli oğlanlardan ibarət voleybol komandası dünya çempionu oldu

İranın məktəbli oğlanlardan ibarət voleybol komandası 15 yaşadək məktəblilər arasında keçirilən dünya çempionatının final görüşündə Çin Taybeyi üzərində qələbə qazanaraq, çempionluq titulunu əldə edib.

İranın məktəbli oğlan voleybolçuları cümə günü dekabrın 12-də Çinin Şanqluo şəhərində keçirilən 15 yaşadək məktəblilər arasında dünya çempionatının finalında Çin Taybeyi komandası ilə qarşılaşıblar.

Bu oyunda İran komandası 3:1 hesabı ilə qalib gələrək, məktəblilər arasında voleybol üzrə dünya çempionu olub.