Dek 14, 2025 17:21 Asia/Baku
  • İranın Övladları 262 medalla tarixi rekorda imza atdılar

İranın idmançıları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən gənclər arasında para-atletika üzrə beşinci Asiya Oyunlarında parlaq çıxış edərək, 262 rəngarəng medal qazanmaqla bu yarışlarda ikincilik titulunu əldə etdilər.

"İman, Dözümlülük, Qüdrət" şüarı və "İranın Övladları, Qələbə səfirləri" adı ilə yarışlara qatılan İran karvanı, Asiyanın 34 ölkəsinin nümayəndələri ilə rəqabətdə 76 qızıl, 96 gümüş və 88 bürünc medal qazanaraq, ümumilikdə 262 medalla İranın Gənclər arasında Para-Atletika üzrə Asiya Oyunlarında iştirakı tarixində yeni bir rekorda imza atdı.