İyun 30, 2020 19:01 Asia/Baku
  • İlhaq planını nakam qoyacağıq

Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS-ın Siyasi Bürosunun üzvü Musa Əbu-Mərzuq vurğulayıb: “HƏMAS mümkün olan bütün vasitələrdən istifadə edərək, sionist rejimin Qərb sahilini İlhaq etmək Planının icrasına imkan verməyəcək”.

SəhərAzəri İSNA-ya istinadla xəbər verir ki, Musa Əbu-Mərzuq bir televiziya proqramında olarkən, sionist rejimin ilhaq planına işarə edərək deyib: “Bu hərəkat ilhaq planının reallaşmasına imkan verməyəcək”.

O,  HƏMAS-ın Siyasi Bürosunun üzvü, sionist rejiminin təcavüzləri və layihələrinə qarşı mübarizə planı barədə razılığıa gəlmək üçün Fələstinin Milli Rəhbərlərinin toplantısını çağırıb.

HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü, həmçinin vurğulayıb ki, beynəlxalq hüquq normaları Fələstin xalqına sionist rejiminin işğalçılığına qarşı istənilən yolla mübarizə aparmaq imkanı verir və yalnız mübarizə yolu ilə bu rejimi qərb sahilindən qovmaq mümkündür.

Fələstin rəsmisi sözlərinin davamında ilhaq planı ilə hərtərəfli mübarizə aparmaq üçün bütün tərəflərin iştirakı ilə milli bir planın hazırlanmasını vurğulayıb.

Musa Əbu-Mərzuq bütün İslam və ərəb ölkələrindən istəyib ki, sionist rejiminə Qərb sahilinin bir hissəsini işğal olunmuş ərazilər birləşdirmək icazəsi verməsinlər. O, HƏMAS hərəkatının bununla bağlı İslam və ərəb ölkələri ilə danışıqlar apardığını da söyləyib.

Sionist reyimi sabah iyulun birindən Qərb sahilinin böyü bir hissəsini işğal olunmuş ərazilərə birləşdirmək planını icra etmək niyyətindədir.Hansı ki, geniş beynəlxalq və regional müxalifətə səbəb olub.

 

 

Teqlər

Şərhlər