İyul 13, 2020 21:08 Asia/Baku
  • Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində bir neçə fələstinlini həbs ediblər

Sionist rejim hərbşiləri koronavirusun ikinci dalğasının yayıldığı bir vaxtda İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum edərək, nir neçə fələstinli gənci həbs ediblər.

SəhərAzəri xəbər verir, Sionist rejim hərbçiləri iyulun 13-də Qərb sahilinin şimalında yerləşən Cenin şəhərinin cənubunda əsirlikdən azad edilmiş üç fələstinlinin mənzilinə basqın edib, onları yenidən həbs ediblər.

Həmçinin, sionist rejim hərbçiləri Qərb sahilinin cənubunda yerləşən "Beyt Ləhm"də də Əl-Dəhişə düşərgəsinə hücum edərək, bir neçə fələstin vətəndaşını, o cümlədən əsirlikdən azad edilmiş bir fələstinlini həbs ediblər.

Sionistlərin Əl-Dəhişə düşərgəsinə hücumu düşərgə sakinləri ilə toqquşma ilə nəticələnib, bunun ardınca sionis hərbçilər səsli qumbara və qözyaşardıcı qazdan istifadə edərək, fələstinlilərə hücum ediblər.

Digər tərəfdən, bir qrup sionist qəsəbə sakini də işğalçı rejimin hərbçiləri və bir sionist xaxamın köməyi ilə Babul-Məğarib qapısından Əl-Əqsa məscidinə daxil olublar.

Teqlər