İyul 18, 2020 13:42 Asia/Baku
  • Sionist rejim Qəzzə zolağının mühasirəsinə son qoymalıdır

BMT məruzəçisi Maykl Link bir açıqlamada sionist rejimdən istəyibdir ki, hər gün milyonlarla günahsıza ziyan vuran və yalnız daha artıq gərginlik və zorakılıqla nəticələnən Fələstin xalqına qarşı kütləvi cəza tədbirlərini dayandırsın.

SəhərAzəri xəbər verir, BMT-nin insan hüquqları üzrə eksperti və məruzəçisi həmçinin Təl-Əvivin fələstinlilərin mənzillərini dağıtmaq üzrə siyasətlərini tənqid edib. Bildirib ki, sionist rejim 1967-ci ildən bəri fələstinli ailələri cəzalandırmaq üçün iki min fələstinli mənzilini dağıdıbdır.

Link xəbərdarlıq edibdir ki, fələstinlilərin mənzillərinin sionist rejim tərəfindən dağıdılması yalnız intiqam və nifrət atmosferi yaradacaq.

Qəzzə zolağı 2006-cı ildən sionist rejimin dəniz, hava və quru mühasirəsi altındadır.

Sionist rejimin Qəzzə zolağına qarşı hücumlarının qurbanlarından bir çoxunu qadınlar və uşaqlar təşkil edir.

Teqlər