İyul 30, 2020 12:33 Asia/Baku
  • Fələstinli gənclər Məsciduləqsaya basqın etmək istəyən sionistlərə mane olublar

İşğal olunmuş Qüdsdə fələstinli gənclər sionist qəsəbə sakinlərinin Məsciduləqsaya təcavüzü və basqını ilə mübarizə apararaq, onların səylərini uğursuz qoyublar.

SəhərAzəri xəbər verir, Fələstin İslami Müqavimət Hərəkatı bundan öncə bir bəyanatda Qüds sakinlərindən istəmişdi ki, Ərəfə günündə Məsciduləqsanın müxtəlif səhnlərində iştirak etsinlər.

Məsciduləqsanın xətibi Əkrəmə Səbri də bildirmişdi ki, sionistlər «Heykəl» abidəsinin dağıdılmasının üzdəniraq ildönümü bəhanəsilə Məsciduləqsaya basqın etmək niyyətindədirlər.

Məsciduləqsa Beytulmuqəddəs şəhərinin islami-fələstinli mahiyyətinin əsas simvolu kimi daima Qüdsü işğal etmiş rejimin təxribatçı hərəkətlərinin hədəfi olur və sionist qəsəbə sakinləri dəfələrlə Qüds İslami Vəqflər İdarəsinin etirazına məhəl qoymadan və bu rejim hərbçilərinin himayəsilə Məsciduləqsaya basqın ediblər.

Sionist rejim mediaları Təl-Əvivdə aksiyaların keçirilməsi zamanı bu rejimin baş naziri Benyamin Netanyahunun tərəfdarları və əleyhdarları arasındakı qarşıdurmaların şiddətlənməsindən xəbər veriblər.

İşğal olunmuş ərazilərdən həmçinin xəbər gəlir ki, Benyamin Netanyahunun tərəfdarları və əleyhdarları dünən axşamçağı sionist rejimin daxili təhlükəsizlik nazirinin mənzilinin yaxınlığına toplaşıblar. Onlar Təl-Əvivdə bir neçə küçəni bağlayıblar.

Sionist rejim son həftələr işğal edilmiş Fələstin sakinlərinin aksiyaları və sosial çaxnaşmalarının şahididir. Onlar sionist rejimin baş naziri Benyamin Netanyahu hökumətinin faydasızlığına və iqtisadi problemlərə etiraz ediblər.

Teqlər