Sionist rejim qırıcıları Qəzzə zolağına hücum ediblər
Sionist rejim qırıcıları Qəzzə zolağına hücum ediblər
Avq 03, 2020 13:45 Asia/Baku
İsrail qırıcıları günün ilk saatlarında Qəzzə zolağına hücum ediblər.
SəhərAzəri xəbər verir, İnformasiya mənbələri bu gün səhər tezdən sionist rejim qırıcılarının Qəzzə zolağına hücum etmələrinə dair məlumat yayıblar.
İnformasiya mənbələri bildiriblər ki, sionist rejim qırıcıları Qəzzə zolağının cənubunda bəzi bölgələri bombalayıblar.
Hələ bu hücumun ehtimal üzrə törətdiyi xəsarətlər və tələfat barədə bir məlumat yayılmayıbdır.
Sionist rejimin artilleriyası, pilotsuz uçuş aparatları, vertolyotları və qırıcıları son aylarda dəfələrlə Qəzzə zolağının müxtəlif bölgələrini hədəfə alıblar.