Misir Fələstinlə sərhədi müvəqqəti açıb
https://azeri.sahartv.ir/news/fələstin-i365924-misir_fələstinlə_sərhədi_müvəqqəti_açıb
Misir Prezidenti Əbdülfəttah əl Sisi Qəzzə ilə sərhəddə yerləşən “Rəfəh” sərhəd-keçid məntəqəsinin üç gün müddətinə açılması barədə göstəriş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 13, 2020 19:45 Asia/Baku
  • Misir Fələstinlə sərhədi müvəqqəti açıb

Misir Prezidenti Əbdülfəttah əl Sisi Qəzzə ilə sərhəddə yerləşən “Rəfəh” sərhəd-keçid məntəqəsinin üç gün müddətinə açılması barədə göstəriş verib.

SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, bu barədə Misir Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, COVID-19 pandemiyası ilə əlaqədar bu ilin martından bağlanan sərhəd-keçid məntəqəsi beş aydan çoxdur bir-birindən ayrı düşən fələstinli ailələrin qovuşması məqsədi ilə açılıb. Bu gündən başlayaraq avqustun 17-dək onlar Fələstinə və əks istiqamətə hərəkət edə biləcəklər.

Qəzzə sektoru ilə həmsərhəd olan Misirin Şimali Sinay vilayətinin qubernatorluğu ölkəyə daxil olan şəxslərin Səhiyyə Nazirliyi ilə birlikdə COVID-19 testindən keçirilməsi, onların qoruyucu maskalar taxması və sosial məsafəyə riayət etməsinə nəzarət edəcək.

Fələstinin Misirdəki səfiri Diyab əl-Loh öz bəyanatında fələstinli ailələrin qovuşmasına və uzun müddətdir sərhəd bölgəsində onlara sığınacaq verilməsinə görə Prezident Əbdülfəttah əl Sisiyə təşəkkürünü bildirib.