Avq 14, 2020 08:44 Asia/Baku
  • Sionist rejim Qəzzə zolağına aviasiya və artilleriya hücumları edib

Sionist rejim bu gün səhər tezdən Qəzzə zolağındakı bölgələri aviasiya və artilleriya hücumlarına məruz qoyub.

SəhərAzəri xəbər verir, Əlməyadin informasiya kanalı xəbər veribdir ki, sionist rejimin vertolyotları Qəzzə şəhərinin şərqində yerləşən Əlşucaiyyə bölgəsinə hücum ediblər.

Əlməyadin həmçinin bildiribdir ki, sionist rejimin artilleriya bölmələri də Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinin şərqindəki bir bölgəyə hücum ediblər.

Sionist rejim dünən səhər tezdən də Qəzzə şəhərinin qərbində yerləşən Əlşati düşərgəsindəki bir məktəbə basqın etmişdi.

Sionist rejimin qırıcıları, vertolyotları, PUA-ları və artilleriyası son aylar dəfələrlə Qəzzə zolağının müxtəlif bölgələrini hədəfə alıblar.

Bu kimi hücumlar daima puç bəhanələrlə həyata keçirilir.

Teqlər