Əriqat: Əbu-Dəbi ABŞ-ı razı salmağa çalışır
Əriqat: Əbu-Dəbi ABŞ-ı razı salmağa çalışır
Fələstin Azadlıq Təşkilatının İcra Komitəsinin baş katibi Birləşmiş Ərəb Əmirlikləri ilə sionist rejim arasındakı anlaşmaya işarə edərək deyib: Əbu-Dəbi Fələstin xalqının maraqlarını qurban verməklə ABŞ-ın razılığını əldə etməyə çalışır.
Səhər Azəri bildirir ki, bu sözləri Saib Əriqat BƏƏ-İsrail münasibətlərinin normallaşdırılmasına münasibət bildirərkən deyib.
Fələstin Azadlıq Təşkilatının İcra Komitəsinin baş katibi "Ərəbi-21" informasiya portalına verdiyi müsahibədə Əbu-Dəbinin sionist rejim ilə əlaqələri normallaşdırmaqda "strateji səhv"ə yol verdiyini deyib.
S.Əriqat Əbu-Dəbinin bu qərarının yanlış hesablamalara əsaslandığını söyləyərək, gələcəkdə Fələstin və Ərəb xalqlarına qarşı irqçi rəfarların artmasına səbəb olacağını bildirib.
Onun dediyinə görə Ərəb Əmirliklərinin sionist İsrail rejimi ilə sülh anlaşmasının ən təhlükəli məqamı Qüdsün İsrailin paytaxtı kimi tanınmasıdır.
ABŞ prezidenti Donald Tramp cümə günü axşam Birləşmiş Ərəb Əmirlikləri ilə İsrailin əlaqələrin normallaşdırılmasına dair razılığa gəlməsindən xəbər verdi.