Netanyahu: Ümidvaram digər ərəb ölkələri də İsrail ilə sülh dairəsinə daxil olsunlar
Netanyahu: Ümidvaram digər ərəb ölkələri də İsrail ilə sülh dairəsinə daxil olsunlar
"İsrail digər ərəb ölkələrinin də sülh dairəsinə daxil olmalarını gözləyir."
Səhər Azəri bildirir ki, bu sözləri sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahu bazar günü etdiyi çıxışda deyib.
Netanyahu İsrail rejimi ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əldə olunmuş sülh anlaşmasına dair çıxışında bunu ötən 26 ildə İsrail ilə bir ərəb ölkəsi arasında əldə edilən ilk sülh anlaşması adlandırdı.
Netanyahu çıxışının davamında sionist rejim ilə BƏƏ arasındakı anlaşmanın sülh müqabilində sülhə əsaslandığını və Fələstin ilə sülhün əldə edilməsinə də kömək edəcəyini iddia edib.
Netanyahu əlavə edib: BƏƏ ilə anlaşmaya əsasən 1967-ci il sərhədlərinə qayıdış İsrailin zəifləməsinə səbəb olmayacaq. Və ümidvarıq digər ərəb ölkələri də İsrail ilə sülh dairəsinə daxil olsunlar.
Netanyahu sonda Əbu-Dəbi ilə sülh anlaşmasını tarixi hadisə adlandırıb və ümidvarlıq edib ki, bu anlaşma bütün Ərəb dünyası ilə sülhün başlanğıcı olsun.
Birləşmiş Ərəb Əmirlikləri və İsrail rejimi ötən cümə günü ABŞ-ın vasitəçiliyi ilə sülh anlaşmasına nail olduqlarını elan etdilər.