Avq 16, 2020 23:09 Asia/Baku
  • Sionist rejim qırıcılarının Qəzzənin cənubuna hücumu və müqavimətin cavabı

Sionist rejim ordusunun qırıcıları dünənki hücumlarda Qəzzə zolağının şimalı, cənubi və mərkəzini hədəfə alıblar.

Səhər Azəri bildirir ki, bu qırıcılar dünən gecə Qəzzənin bəzi bölgələrinə hücum edib,Qəzzə zolağını hədəfə alıblar

Fələstin müqaviməti də Qəzzə zolağının yanında yerləşən sonistsakinli qəsəbələrə tərəf iki raketin atılmasından xəbər verib. Bu addım sionistsakinli qəsəbə və şəhərlərdə təhlükə siqnalının səslənməsinə səbəb olub…

Eyni zamanda fələstinli gənclər şərq sərhədlərinə gəliblər. Onlar hava şarları göndərərək, qəsbkarların torpaqlarını yandırıblar. Sionist hərbçilər də gözyaşardıcı qazdan və hərbi güllələrdən istifadə edərək, bir qrup fələstinlini yaralayıblar.

İnqilabçı gənclərin mesajı təkcə sionist rejimə ünvanlanmayıb. Bu mesaj həm də Amerikanın və sionist rejimin əllərində zəlil olmağı qəbul etmiş rejimlərə də ünvanlanıbdır. Fələstinli gənclər vurğulayıblar ki, bütün bu xəyanətlərə rəğmən, sonda Fələstin xalqına ziyan dəyməyəcək, zira Fələstin xalqının mübarizəsi davam etməkdədir.

Fələstinli gənclər qərara alıblar ki, birbaşa şəkildə işğalçı rejimlə döyüşsünlər və desinlər ki, bu rejim daha öz tələblərini fələstinlilərə və Qəzzə əhalisinə qəbul etdirə bilməz.

Teqlər