Fələstinli qruplar birliyin vacibliyini vurğulayıblar
Fəth Hərəkatının İnqilab Şurasının baş katibi bəzi ərəb ölkələrinin sionist rejim ilə münasibətləri normallaşdırılması qarşısında Fələstin xalqının birliyinin vacibliyini vurğulayıb.
SəhərAzəri xəbər verir, Fəth Hərəkatının İnqilab Şurasının baş katibi Faiz Əbu-Ətiyyə Əl-Məyadin kanalına verdiyi müsahibədə deyib: "Heç kəsin Fələstin xalqı adından danışmağa haqqı yoxdur. Bütün fələstinli qrupların Ramullah şəhərindəki zirvə görüşündə iştirak etməsinin aydın bir mesajı var idi, Fələstininbütün qrupları digər ölkələrin sionist rejim ilə əlaqələrin təhlükəsi qarşısında birləşirlər".
"Fələstin Amalına bu gün arxadan xəncər vurulub, Lakin Fələstin xalqı birləşir və toqquşma qaydaları dəyişəcək. Sionist rejim ilə münasibətlərini adiləşdirən ölkələr ərəb ölkələri konsensusundan tam şəkildə çıxırlar və digər ərəb xalqlarının mövqeyinin əksinə mövqe tuturlar. Fələstinlilər arasında iki tirəlik Fələstinin zəifləməsinə səbəb olur və çoxları bundan sui-istifadə edirlər", deyə F.Əbu-Ətiyyə əlavə edib.