İşğal olunmuş Qüdsdə Netanyahuya qarşı aksiya keçirilib
İşğal olunmuş Qüdsdə Netanyahuya qarşı aksiya keçirilib
Etirazçılar bir daha sionist rejimin baş naziri Benyamin Netanyahunun qaldığı məkanın yaxınlığında aksiya keçirərək, ona qarşı şüar veriblər.
Səhər Azəri bildirir ki, bu aksiya elə bir halda işğal olunmuş Qüdsdə keçirilibdir ki, sionist rejim polisi aksiyanın keçirilməsi üçün hər cür icazənin verilməsini rədd etmişdi.
Neçə həftədir ardıcıl şəkildə sionist rejimin baş nazirinə qarşı aksiya keçirən etirazçılar onun kənarlaşdırılmasını tələb edirlər.
İşğal olunmuş ərazilər son aylar ərzində dəfələrlə Benyamin Netanyahunun korrupsiyasına və onun koronavirusla mübarizə sahəsindəki zəif fəaliyyətinə qarşı aksiyaların şahidi olublar.
Etirazçılar «Netanyahunun nazirlər kabineti»nin koronavirusa nəzarət sahəsindəki zəif fəaliyətini, həmçinin onun və arvadının korrupsiya işlərini tənqid edərək, sionist rejimin baş nazirinin tez bir zamanda istefa verməsini tələb ediblər.
Netanyahu son aylar ərzində dörd korrupsiya işi ilə əlbəyaxadır.
Bu məhkəmə işləri medialarda min, iki min, üç min və dörd mininci işlər kimi tanınıblar.