Noy 05, 2020 20:00 Asia/Baku
  • BMT:

BMT Baş Assambleyası Əl-Əqsa məscidini islami bir quruluşa sahib olduğunu bildirib.

SəhərAzəri xəbər verir, sionist rejimin "Yerusalem Post" qəzeti öz portalında BMT Baş Assambleyasının Əl-Əqsa məscidinin islami olmasına dair qətnaməsinə toxunaraq, yazıb: "BMT-yə üzv 139 ölkə elə bir qətnaməni təsdiqləyiblər ki, onda Əl-Əqsa məscidi təkcə müqəddəss islami bir məkan kimi qeyd olunub".

BMT Baş Assambleyasının Əl-Əqsa məscidinin islami olmasına dair qətnaməsi bu Assambleyanın Nyu-Yorkdakı dördüncü komitəsinin sionist rejimə qarşı təsdiqlədiyi 7 qətnamədən biridir.

Fələstinin xarici işlər naziri Riyaz Əl-Maliki bu qətnaməni BMT Baş Assambleyasında  qəbul edilməsini alqışlayaraq, vurğulayınb: "Bu qətnamələrin qəbul edilməsi beynəlxalq ictimaiyyətin Fələstin xalqı və onun didərginlərinin hüquqları, eləcə də İsrail rejimin hərəkətləri və cinayətləri qarşında mövqeyinin dəyişməz olduğunu göstərir".

Teqlər