Dek 23, 2020 23:15 Asia/Baku
  • Sionist rejim hərbçiləri İordan çayının qərb sahilinə hücum ediblər

Sionist rejim hərbçiləri İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edərək, bir neçə fələstinlini saxlayıblar.

SəhərAzəri "Fələstin indi" xəbər kanalına istinadən xəbər verir ki, sionist hərbçilər dekabrın 23-də səhər saatlarında "Beytləhm" Və "Qalqiliya" şəhərlərində fələstinlilərin yaşayış bölgələrinə basqın edərək, beş fələstinli gənci saxlayıblar.

Sionist hərbçilər "Fələstinli Məhkumlar Dərnəyi"nin ofis rəhbəri İbrahim Əl-Nimr Həmarəşənin "Nur Şəms" düşərgəsindəki evinə hücum edib, onu qardaşının oğlu ilə birlikdə tutublar.

Sionistlər, həmçinin Qərb sahilinin  "Əl-Cəlacil" bölgəsində bir fələstinlinin avtomobilinə atəş açıblar, nəticədə bir gənc fələstinli yaralanıb.

Digər tərəfdən sionist rejimin kanal 20-si iddia edib ki, sionist rejimin sərhəd mühafizəsi adı ilə tanınan qüvvələri üç fələstinlini, Fələstinin işğal edilmiş ərazilərinin cənubunda yerləşən bir hərbi bazaya sızmaq və silah oğurlamaqda ittiham edərək, həbs ediblər.

Sionistlər öz ekspansionist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum edərək, fələstinliləri əsassız ittihamlarla həbs edirlər.

Hazırda, 250-si uşaq və 47-si qadın olmaqla, 4 min 800 fələstinli sionist rejim həbsxanalarında saxlanılır.

Teqlər