Fələstinli müqavimət qruplarının birgə hərbi təlimləri başa çatıb
Fələstinli müqavimət qruplarının birgə əməliyyat otağı bir bəyanatda «Əlrukn Əlşədid» adı altında keçirilən müştərək hərbi təlimlərin başa çatdığını bildirib.
SəhərAzəri xəbər verir, bu mərkəz sonra müqavimətin davam etdirilməsi və düşmənlə mübarizə üçün hazırlıq səviyyəsinin yüksəldilməsini vurğulayıb.
Bəyanatda həmçinin vurğulanıbdır ki, fələstinli döyüşçülər həmin təlim-məşqlərdə özlərinin yüksək döyüş qabiliyyətləri və ikiqat ruh yüksəliklərini nümayiş etdiriblər.
Bəyanatda deyilir ki, bu hərbi təlimlər düşmənin piyada və zirehli qüvvələrilə mübarizə və onlara hücum, həmçinin dəniz və aviasiya desant düşürməsinə şamil olan müxtəlif ssenariləri əhatə edərək, Qəzzə zolağındakı bütün bölgələrə şamil olubdur.
Bu əməliyyat otağı sonra belə qeyd edib: «Əlrukn Əlşədid» təlim-məşqlərinin bitməsindən sonra bu müştərək otaqda sinerji və koordinasiyanın artırılması və davam etdirilməsi üzrə səy, həmçinin öz döyüşçülərinin döyüş qabiliyyətləri və daimi hazırlıq səviyyələrinin artırılması istiqamətində müqavimətin davam etdirilməsinə təkid edirik.
«Əlrukn Əlşədid» təlim-məşqləri dünən on iki fələstinli müqavimət qrupunun iştirakıilə Qəzzə zolağında başlanıb və bu gün də başa çatıbdır.
Bu, fələstinli müqavimət qruplarının Qəzzə zolağındakı ilk hərbi təlimləri idi.