Yan 12, 2021 19:21 Asia/Baku
  • Koronavirusa yoluxmuş fələstinli əsirlərin sayı artıb

Fələstinli əsirlər məsələsinə baxan komitə sionist rejimin düşmənçilik siyasətləri nəticəsində koronavirusa yoluxmuş fələstinli əsirlərin sayının artmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Fələstinli əsirlər məsələsinə baxan komitə bildirib ki, daha bir qrup fələstinli əsirin koronavirusa yoluxması ilə bu virusa yoluxmuş fələstinli əsirlərin sayı 191 nəfərə çatıbdır.

Bu komitə vurğulayıb ki, fələstinli əsirlər arasında koronavirusa yoluxma sayının artması sionist rejimin zindanlar təşkilatının əsirlərə münasib müalicə və xidmətlərin göstərilməsindəki səhlənkarlığından xəbər verir.

Bu komitə həmçinin bildirib ki, 29 yaşlı fələstinli əsir Muhəmməd Əyad Səlahəddin xərçəng xəstəliyinə mübtəla olduğuna və sionist rejim məhbəslərinin məsul şəxslərinin laqeydsizliklərinə görə, şəhid olubdur.

Fələstinli əsirlərin qeyri-qənaətbəxş şəraiti ilə yanaşı, sionist rejimin ictimai təhlükəsizlik naziri Əmir Uhana son vaxtlar koronavirusa qarşı peyvəndin fələstinli əsirlərə vurulmaması haqda göstəriş veribdir.

Teqlər