Beynəlxalq Cinayət Məhkəməsinin qərarı; Fələstinlilərin apelyasiyasına bir zəfər
Fələstin Özünü İdarə emət Təşkilatının Dövlət Departamentinin, Sionist rejimin törətdiyi cinayətlərinin araşdırılması üçün Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) müraciətindən sonra hakimlər, tribunalın Fələstin ərazilərindəki müharibə cinayətlərinə dair səlahiyyət sahibi olduğuna qərar verdi.
SəhərAzəri xəbər verir ki. Qərar Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru Fatu bin Sodanın 2019-cu ilin dekabrında Şərqi Qüds və Qəzza zolağı da daxil olmaqla İordan çayının qərb sahilində müharibə cinayətlərinin törədildiyinə dair "əsaslı dəlil" olduğunu söylədikdən sonra çıxarıldı.
Sionist rejimin cinayətlərindən sonra, Beynəlxalq Cinayət Məhkəməsi hakimlərindən rəsmi istintaq başlamazdan əvvəl bu məsələnin məhkəmənin səlahiyyətinə aid olub olmadığına dair qərar verilməsi istənilmişdi.
Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri,Bir hökmdə İsrailin 1967-ci ildən bəri işğal etdiyi əraziləri, yəni Qəzza və Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilini bu beynəlxalq qurumun səlahiyyətində olduğunu elan etdilər.