Fev 08, 2021 17:21 Asia/Baku
  • Sionist İsrail rejimi tərfindən Fələstinlilərin evlərinin  dağıdılması davam edir

Birləşmiş Millətlər Təşkilatının İnsani Haqları Koordinasiya Ofisi (OÇA) son günlərdə Qüds şərifdə işğalçı rejim tərəfindən Fələstinlilərin evlərinin geniş şəkildə dağıdılmasını elan etdi.

SəhərAzəri xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnsani Haqları Koordinasiya Ofisi (UÇA), bazar günü gecə verdiyi bir hesabatda Sionist İsrail rejiminin məsul şəxslərinin son iki həftə ərzində 69 fələstinlinin, inşaat icazəsi olmaması bəhansəi ilə evlərinin dağıtmasından  xəbər verdi ki bu təxribat nəticəsində  80 nəfərin didərgn düşüb,  600 nəfər isə xəsarət alıb.

Məlumata görə, İordan çayının qərb sahilinin cənubunda yerləşən Hebron şəhərində qapalı hərbi bölgə olan "Ummo Qessəh" yaşayış massivində bir məscid, su anbarı və su təchizatı şəbəkəsi Sionist hərbçilər tərəfindən dağıdılıb ki  nəticədə 450 fələstinli içməli sudan məhrum edilib.

UÇA, Fələstin Muxtariyyətinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən illər əvvəl əkilən Tubas şəhərində son iki həftədə Sionist rejim tərəfindən minlərlə ağacın kəsildiyini də söylədi.

 

Teqlər