Fev 13, 2021 17:28 Asia/Baku
  • Sionist rejim Qərb sahilində fələstinlilərin 178 yaşayış binasını söküb

BMT-nin Fələstindəki Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi sionist rejimin yeni ilin əvvəlindən bəri Qərb sahilində fələstinlilərin 178 yaşayış binasını sökdüyünü və ya sökülməsi əmrini verdiyini bildirib.

SəhərAzəri xəbər verir, Fələstinin MƏA xəbər portalının məlumatına görə, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi cümə günü bir hesabatda vurğulayıb ki, sionist rejim tərəfindən fələstinlilərin mənzillərinin sökülməsi və ya müsadirə edilməsi 140-ı uşaq olmaqla 259 nəfərin idərgin düşməsi ilə nəticələnib.

BMT-yə bağlı olan bu təşkilat əlavə edib: "Sionist rejim bu yaxınlarda İordan Vadisində 35-i uşaq olmaqla 60 fələstinlidən ibarət 9 ailəni evlərini dağıdaraq, didərgin salıb.

BMT-nin bu təşkilatı, havanın soyuq olması, koronavirusun yayılması və məcburi köç etmələri səbəbindən bu ailələrin həyatının təhlükədə olduğu barədə xəbərdarlıq edib.

Teqlər