Fev 28, 2021 09:09 Asia/Baku
  • İşğal olunmuş Qüdsdə Netanyahuya qarşı etirazlar davam edir

Fələstinin İşğal olunmuş ərazilərinin sakinləri işğalçı rejimin saxta Baş nazirinə qarşı 36-cı həftə üst-üstə etiraz etdilər.

SəhərAzəri xəbər verir ki, Fələstinli sakinlər, şənbə günü gecə Sionist İsrail rejiminin  Baş naziri Binyamin Netanyahunun işğalolunmuş Qüdsdəki iqamətgahı qarşısında etiraz edərək istefasını tələb ediblər.

Etirazçılar nümayiş zamanı Netanyahuya qarşı şüarlar səsləndirdilər.

Qeyd edək ki son aylarda İşğal olunmuş Ərazilərdə Benyamin Netanyahunun korrupsiya və Corona virus pandemiyası ilə bağlı zəif fəaliyyətinə qarşı sıx etirazlar görülür.

 

Teqlər