Mart 07, 2021 18:15 Asia/Baku
  • Sionist hərbçilər Qərb Sahili və  Qüds Şərifə hücum ediblər

Sionist yaraqlılar hücum zamanı bir neçə fələstinlini yaralayaraq saxlayıblar.

SəhərAzəri  xəbər verir ki, fələstinli mənbələrinin verdiyi  məlumata görə, Sionist hərbçilər hücumda  gözyaşardıcı qaz və canlı sursatla fələstinli mülki əhalini hədəf alıb.

Fələstin Aypara Cəmiyyəti, Sionist İsrail rejiminin işğalçı qüvvələrinin İordan Çayının Qərb Sahilində, Cenin məntəqəsində bir axtarış əməliyyatı nəticəsində üç fələstinli qadının yaralandığını və üç gəncin əsir götürüldüyünü söyləyib.

Həmçinin bir gənc fələstinli Qüds Şərifin şimal şərqində Həzma məntəqəsində sionist hərbçilərin gülləsinə tuş gələrək yaralanıb.

Sionist İsrail rejimi təcavüzkaranə siyasətlərinə əl tapmaq üçün hərgün Fələstinin müxtəlif məntəqələrinə hücum edərək fələstinli sakinləri yaralyıb, öldürür və ya həbs edir.

 

Teqlər