Yüzlərlə fələstinli qərb sahilinin şimalında aksiya keçirib
Sionist hərbçilər fələstinlilərin qərb sahilinin şimalında sionist qəsəbə salmaya qarşı keçirdikləri aksiyaya hücum ediblər.
SəhərAzəri xəbər verir ki, Yüzlərlə fələstinli sionist rejim tərəfindən mühasirə olunmuş qərb sahilinin şimalında yerləşən Beyt-Dicən rayonunda aksiya keçirib.
Keçən həftə bu rayonun sakinlərindən olan Atif Həlaişə öz ərazisini müdafiə zamanı şəhid oldu. Bu bölgəyə geri dönmüş fələstinlilər qatil sionistlər qarşısında dayanıblar. Bu aksiyada iki fələstinli/ sionist hərbçilərin atəşi ilə yaralanıbdır.
m.m- Heç kəs zülmə dözməz. Bura bizim torpağımızdır və onu müdafiə edirik. Sizcə, biri gəlib, bir ölkənin torpaqlarını işğal edirsə, bu düz işdir?
Qərb sahilinin müxtəlif bölgələrində yaşayan fələstinlilər öz ərazilərinin oğurlanması və sionist qəsəbə salmanın qarşısında müqavimət göstərirlər.
Sionist qəsəbə sakinləri sionist rejimin göstərişi və işğalçı sionistlərin dəstəyi ilə fələstinlilərin ərazilərini oğurlamaqla məşğuldurlar.
m.m- Fələstin xalqı qəsbkarlığı və terrorizmi qəbul etmir. Sionist rejim ərazinin qəsb edilməsi, qırğın və sionist qəsəbə salma əsasında yaradılıb.
Bu bölgələrdəki fələstinli aksiyaçılar bu həftəni,/ ötən həftə elə bu ərazilərdə axıdılmış «şəhid qanının intiqamı və torpağın müdafiəsi həftəsi» adlandırıblar.
Onlar deyirlər: Əcdadlarımızın torpaqlarının müdafiəsini, işğalçıların tamamilə çıxarılmasınadək davam etdirəcəyik.