Sionist rejim Ramazan ayının ilk günündə azan səsini kəsdi
https://azeri.sahartv.ir/news/fələstin-i375752-sionist_rejim_ramazan_ayının_ilk_günündə_azan_səsini_kəsdi
İsrail rejiminin polisi dünən (13 aprel) Ramazan ayının ilk gününün gecəsi namazdan əvvəl minarələrdən azanın verilməsinin qarşısını almaq üçün Əl-Əqsa məscidinin minarələrinin səs avadanlığını kəsib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 14, 2021 14:42 Asia/Baku
  • Sionist  rejim Ramazan ayının ilk günündə azan səsini kəsdi

İsrail rejiminin polisi dünən (13 aprel) Ramazan ayının ilk gününün gecəsi namazdan əvvəl minarələrdən azanın verilməsinin qarşısını almaq üçün Əl-Əqsa məscidinin minarələrinin səs avadanlığını kəsib.

SəhərAzəri Shafaqna-ya istinadla  xəbər verir ki, işğalçı İsrail rejimi Əl-Əqsa məscidindəki Bab əl-Əsbat minarəsinin elektrik xətlərini də kəsib.

 Sionist rejimin bu hərəkətindən sonra, Fələstin Muxtariyyətinin sözçüsü Nəbil Əbu Rudeynə beynəlxalq ictimaiyyəti İsrail rejiminə Əl-Əqsa məscidindəki İslam və xristian ibadətgahlarına sistematik hücumlarını dayandırması üçün təzyiq göstərməyə çağırıb.

 Nəbil Əbu Rudeynə İsrail rejiminin hərəkətlərini faşist və azadlıqları pozan hərəkət olaraq xarakterizə edib və bunun açıq-aşkar beynəlxalq insan haqlarını tapdaladığını söyləyib.

 Əbu Rudeynə, həmçinin İsrail rejiminin təcavüzkar siyasətinin dini müharibəyə çevrilə biləcəyi və bununla da beynəlxalq təhlükəsizlik və sabitliyi darmadağın edə biləcəyi barədə xəbərdarlıq edib.