Apr 22, 2021 20:45 Asia/Baku
  • Əl-Əqsa xətibi: “Qüds xalqı İsrail rejiminin zülmünə təslim olmayacaq”

Əl-Əqsa məscidinin xətibi Şeyx Əkrəmə Səbri Qüds xalqının sionist məmurların və sionist qruplarının zülmünə təslim olmayacağını vurğulayıb.

SəhərAzəri:Palinfo  xəbər verir ki, Şeyx Əkrəmə Səbri Qüds sakinlərinin özlərini qorumaq üçün cəsarət, izzət və ləyaqətə sahib olduqlarını vurğulayıb.

 “Qüds xalqı heç vaxt gəlmələrin İsrail rejimi təhlükəsizlik xidmətlərinin dəstəyi ilə həyata keçirdiyi bu qədər barbar hərəkətlərə və məcburiyyətə təslim olmayacaqlar.

 Bir partlayış (insanların qəzəbi) olduğu zaman insanlar reaksiya vermək üçün heç kimə müraciət etməzlər və bu partlayış sionistlərin hərəkətlərindən irəli gələn, istər-istəməz bir hissin nəticəsidir.

 Qüds xalqı sionist məmurların və radikal sionist qruplarının zülmünə təslim olmaz. Qüdsün inqilabçı gəncləri hələ də Əl-Əqsa məscidinə olan məhəbbətlərini davam etdirirlər və rejim ordusunun dəstəyi ilə həyata keçirilən sionist təcavüzə qarşı duracaqlar.

 Babul Amud bölgəsində və Əl-Əqsa məscidi ətrafındakı gərginlik, Fələstin xalqının Əl-Əqsaya getmək istəməməsi üçün sionistlərin gərginlik mənbəyidir.

 Əl-Əqsa məscidində çoxlu sayda ibadət edən şəxsin olması sionist rejimin xoşuna gəlmir və bu səbəbdən də məhdudiyyətlər tətbiq edirlər”, - deyə o, bildirib.

 

Teqlər