Apr 24, 2021 10:40 Asia/Baku
  • Sionist rejim Qəzzə zolağına qarşı artilleriya hücumu edib

Sionist rejim bu gün səhər saatlarında Qəzzə zolağına qarşı artilleriya hücumu edib.

SəhərAzəri xəbər verir ki,

Sionist rejim artilleriyası Qəzzənin mərkəzində yerləşən Əlbric rayonunun şərqini, eləcə də Əlqərarə rayonunda yerləşən bir əkin sahəsini hədəfə alıbdır.

Hələ bu hücumun ehtimal üzrə törətdiyi tələfat və xəsarətlər barədə bir məlumat yayılmayıbdır.

Sionist rejimin artilleriyası, həmçinin qırıcı, vertolyot, PUA və tankları son aylarda dəfələrlə Qəzzə zolağının müxtəlif bölgələrini hədəfə alıblar.

Sionist rejim 2017-ci ilin dekabrından Qəzzə zolağına qarşı aviahücumların yeni seriyasını öz iş gündəminə salıbdır.

Sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında indiyədək minlərlə fələstinli şəhid olub və yaralanıbdır.

Qəzzə zolağı 2006-cı ildən bəri sionist reimin quru, hava və dəniz mühasirəsi altındadır və bu zolağın sakinləri bir çox problemlə üzləşirlər.

Teqlər