Qəzzədə ən böyük korona testi mərkəzinin fəaliyyəti dayanıb
https://azeri.sahartv.ir/news/fələstin-i377130-qəzzədə_ən_böyük_korona_testi_mərkəzinin_fəaliyyəti_dayanıb
Sionistlərin hücumlarına görə Qəzzə zolağındakı ən iri korona testi mərkəzinin fəaliyyəti dayanıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
May 18, 2021 08:40 Asia/Baku
  • Qəzzədə ən böyük korona testi mərkəzinin fəaliyyəti dayanıb

Sionistlərin hücumlarına görə Qəzzə zolağındakı ən iri korona testi mərkəzinin fəaliyyəti dayanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Qəzzə zolağının səhiyyə başçıları dünən gecə bildiriblər ki, bu zolağın əsas korona testi laboratoriyası sionist rejim qırıcılarının hücumlarından irəli gələn dağıntılara görə, öz fəaliyyətini dayandırıbdır.

Sionist rejim dünən Qəzzə zolağının Əlrimal məhəlləsində yerləşən «Fəysəl Əlşəva» binasını hədəfə alıb. Qəzzə zolağının əsas korona testi laboratoriyası da bu binanın yaxınlığında yerləşibdir.

Bu hücumda bir ata qızı ilə şəhid olub, azı on nəfər isə yaralanıbdır.

Sionist rejimin ötən həftənin bazar ertəsi günündən bəri davam edən Qəzzə zolağına qarşı hücumlarının yeni mərhələsində altmışı uşaq olmaqla azı 220 fələstinli şəhid olub, 5600 nəfərdən çox fələstinli də yaralanıbdır.