Müqavimətdən işğal olunmuş ərazilərə növbəti raket hücumu
İnformasiya mənbələri dünən gecə xəbər veriblər ki, Fələstin müqavimət qüvvələri qəsb olunmuş ərazilərdə yerləşən Nəqəb rayonunun Eşkol şəhərinə qarşı yeni raket hücumu həyata keçiriblər.
SəhərAzəri-nin verdiyi məlumata görə, raketlərin atılması ilə yanaşı, müxtəlif sionistsakinli qəsəbələrdə, o sıradan Əşdudun cənubu və şərqindən geniş bölgələrdə həyəcan siqnalı çalınıb.
Bundan başqa, Əsqəlan şəhəri və Qəzzə zolağının ətrafında yerləşən sionistsakinli qəsəbələr raket hədəfinə çevriliblər.
Qəsbkar sionist qüvvələr mayın onundan bəri Qəzzə zolağına və fələstinlilərə qarşı vəhşicəsinə hücum və təcavüzlərə başlayıblar. Bu hücumlar nəticəsində indiyədək 213 fələstinli şəhid olub, 1400 nəfərdən çox fələstinli isə yaralanıbdır.
Fələstin müqaviməti də sionistlərin Qəzzəyə qarşı hücumları və təcavüzlərinin davam etməsinə cavab olaraq, qəsb olunmuş ərazilərə raketlər yağdırıblar.
MÜQAVİMƏT QƏSB OLUNMUŞ ƏRAZİLƏRƏ RAKET HÜCUMU KEÇİRİB