May 23, 2021 00:20 Asia/Baku
  • BMT sionist rejimin fələstinlilərə qarşı cinayətlərinin araşdırılmasını istəyib

BMT işğalçı sionist rejimin fələstinlilərə qarşı törətdiyi müharibə cinayətləri və vəhşicəsinə hücumlarının araşdırılmasını istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, BMT-nin insan hüquqları üzrə mütəxəssisləri, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən sionist rejimin İyordan çayının qərb sahilində və Qəzzə zolağında fələstinlilərə qarşı vəhşicəsinə hücumlarının araşdırılmasını istəyib və bu hücumları müharibə cinayətinin ən bariz nümunəsi kimi xarakterizə ediblər. 

BMT-nin insan hüquqları üzrə mütəxəssisləri, Beynəlxalq Cinayət Məhkəməsini, xüsusilə də İordan çayının qərb sahilində və Qəzzə zolağında işğalçı sionist rejim tərəfindən insan hüquqlarının kobud şəkildə pozulması hallarını araşdırmağa çağırıblar. 

Sionist rejimin fələstinlilərə qarşı hücumları mayın 10-da başlayıb və bu rejim ordusunun Fələstinin müqavimət qrupları qarşısında aciz qalması fonunda nazirlər kabinetinin atəşkəs çağırışından sonra bəzi xarici aktyorların vasitəçiliyi  və müqavimətin razılığı ilə mayın 21-də sona çatıb.

Bu hücumlar nəticəsində 69 uşaq, 39 qadın və 17 qoca olmaqla 248 fələstinli şəhid olub, min 910 nəfər isə yaralanıb.

Teqlər