May 23, 2021 11:58 Asia/Baku
  • Qəsb olunmuş Qüdsdə fələstinlilərin aksiyası davam edir

Yüzlərlə nəfər qəsb olunmuş Qüdsdə «Şeyx Cərrah» rayonunun mühasirəsinə qarşı aksiya keçirib.

SəhərAzəri-nin məlumatına əsasən,fələstinli etirazçılar «Şeyx Cərrah» rayonunun sakinlərilə həmrəylik ifadə etmək üçün sionist hərbçilərin mühasirəsi altında olan bu rayona girmək istəyiblər.

Sionist hərbçilər etirazçılara hücum edərək, onlara tərəf səs bombaları atıblar.

Qüdsdəki səhiyyə mənbələrinin bildirdiklərinə görə, bir qrup etirazçı, sionist hərbçilərin hücumunda yaralanıb və xəstəxanaya köçürülübdür.

Qəsb olunmuş Fələstin əraziləri son günlər sionist hərbçilərlə müqavimət qüvvələri arasında döyüşlərin şahidi olubdur.

Sionist rejimin İordan çayının qərb sahilində və Qəzzə zolağında mayın onundan başlanan fələstinlilərə qarşı hücumları işğalçı sionist rejim ordusunun Fələstin müqavimət qüvvələrilə mübarizədə aciz qalması səbəbindən sionist rejimin nazirlər kabinetinin mayın 21-də atəşkəs istəməsinin ardınca, bəzi xarici dairələrin vasitəçiliyi və müqavimətin razılığı ilə başa çatdı.

Bu hücumlar nəticəsində 69-u uşaq, 39-u qadın və 17-si yaşlı şəxs olmaqla 248 fələstinli şəhid oldu, 1910 nəfər də yaralandı.

Teqlər