Sionist hərbçilər “Şeyx Cərrah” məhəlləsinin sakinlərinə hücum ediblər
https://azeri.sahartv.ir/news/fələstin-i379174-sionist_hərbçilər_Şeyx_cərrah_məhəlləsinin_sakinlərinə_hücum_ediblər
Sionist hərbçilər qəsb olunmuş Qüdsdə yerləşən “Şeyx Cərrah” məhəlləsindəki fələstinlilərə hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 18, 2021 09:23 Asia/Baku
  • Şeyx Cərrah
    Şeyx Cərrah

Sionist hərbçilər qəsb olunmuş Qüdsdə yerləşən “Şeyx Cərrah” məhəlləsindəki fələstinlilərə hücum ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Bu fələstinlilər “Şeyx Cərrah” məhəlləsinin iki ay müddətinə mühasirə olunmasına və sionist düşmənin fələstinli ailələri köçürməyə çalışmasına etiraz olaraq, aksiya keçirmişdilər.

Qəsbkar sionist hərbçilərin qeyd olunan hücumunda bir qrup fələstinli yaralanıb, digər bir qrup isə həbs olunubdur.

Sionist hərbçilər aksiyaçılara qarşı gözyaşardıcı qaz və səs qumbaları işlədiblər. Onlar bir qrup fələstinlini də vəhşicəsinə döyüblər.

Aksiyaçılar öz şüarlarında vurğulayıblar ki, heç bir vəchlə evlərini tərk etməyəcək və orada qalacaqlar.

Hal-hazırda “Şeyx Cərrah” məhəlləsindəki 28 fələstinli ailə köçürülmək və didərginlik təhlükəsilə üzləşir. Onlar bu evləri 1956-cı ildə tikiblər.