Sen 10, 2021 14:00 Asia/Baku
  • Ramon
    Ramon

«Ramon» məhbəsindəki fələstinli əsirlər ikinci dəfə olaraq, bu zindanın kameralarını yandırıblar.

SəhərAzəri-nin verdiyi məlumata görə, «Ramon» məhbəsinin kameralarına girmək niyyətində olan sionist məmurlar fələstinli əsirlərlə toqquşublar. Bu arada bu addıma etiraz üzrə hərəkatın tabeliyində olan əsirlərdən biri yeddi saylı kameranı yandırıb. Yanğın sürətlə digər kameralara da sirayət edibdir.

Çərşənbə günü də «Nəqəb» məhbəsindəki fələstinli əsirlər sionist rejimin onlara qarşı repressiv hərəkətlərinə reaksiyada bu zindanın altıncı bölməsindəki yeddi kameranı yandırıblar. Ondan sonra «Ramon» məhbəsinin əsirləri də bu zindanın dördüncü və beşinci bölmələrindəki bir neçə kameranı yandırdılar.

«Vaid» əsirlər cəmiyyəti bununla bağlı bildirib ki, işğal olunmuş Fələstindəki bütün məhbəslərin əsirləri, onların dağıdılmaları və köçürülmələri barədəki heç bir göstərişi yerinə yetirməmək və nəyin bahasına olursa-olsun, təhlükəsizlik qüvvələrinin hərəkətləri qarşısında müqavimət göstərmək qərarına gəliblər.

Bu addımlar, bazar ertəsi günü altı fələstinli əsirin işğal olunmuş Fələstinin şimalında yerləşən supertəhlükəsiz «Cəlbu» məhbəsindən qaçmağa müvəffəq olmasından sonra atılır. Sionist rejimin xəfiyyə qüvvələri altı fələstinlinin qaçmasından xəbərdar olan kimi məhbuslara qarşı düşmənçilik hərəkətlərini artırıblar.

 

Teqlər